Azərbaycanda 2026/2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün məktəb seçimi mərhələsi iyulun 21-də başlayacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bakı istisna olmaqla, ölkənin şəhər və rayonlarında məktəb seçimi iyulun 21-də saat 11:00-da açılacaq.
Bakıda proses həmin gün saat 15:00-da başlayacaq. Digər dillərdə tədris aparılan bölmələr üzrə məktəb seçimi isə iyulun 22-də saat 11:00-da mümkün olacaq.
Qeydiyyat mektebeqebul.edu.az portalı vasitəsilə elektron formada aparılacaq və sentyabrın 14-də saat 18:00-da başa çatacaq.
Məktəbəhazırlıq qruplarına 2021-ci ildə anadan olmuş və 2026-cı ildə beş yaşı tamam olan uşaqlar qəbul ediləcəklər.
Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat iyulun 10-da başlayıb. Bundan əlavə, 2026/2027-ci tədris ili üzrə birinci siniflərə qəbul prosesi mayın 6-dan davam edir.
Agentliyin məlumatına görə, Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarında təhsil alan təxminən 81 min uşaq avtomatik olaraq birinci sinfə keçirilib.

