Azərbaycanda müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində avqustun 8-də saat 11:00-dan həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi başlayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, namizədlər faktiki yaşayış rayonları nəzərə alınmaqla təqdim olunan vakansiyaları şəxsi kabinetlərinə daxil olaraq seçə bilərlər.
Vakansiya seçimi mərhələsi avqustun 10-u saat 11:00-dək davam edəcək.

