15 
apr
2024
17:34
707

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya mərhələsi başlayır

15 apr, 2024
17:34
707

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya mərhələsi başlayır

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır.
 
Bu barədə "Den.az"-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Agentlikdən bildirilib ki, aprelin 17-dən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq.
 
Müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilk olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək.
 
Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat bildiriləcək.
 
Qeyd edib ki, ilkin vakansiya seçimi 19 aprel saat 11:00-dək davam edəcək

Şahnaz Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar