Vakant direktor vəzifələrinin tutulması üzrə müsabiqəyə elektron sənəd qəbulu müddəti uzadılıb.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 18-də saat 11:00-da dövlət ümumi təhsil müəssisələrində vakant qalan direktor vəzifələrinə işə qəbul üzrə elektron sənəd qəbulu mərhələsinə start verilib.
Namizədlər avqustun 24-ü saat 11:00-dək elektron miq.edu.az/direktor qeydiyyatdan keçə bilərlər.

