Nizami küçəsində yolu bağlayıb taksi sürücüsünü döyən 77-AA-019 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi və avtomobili idarəetmə hüququ olan şəxsin kimliyi bəlli olub.
Den.az ajans.az-a istinadən xəbər verir ki, avtomobili idarəetmə hüququ olan Abşeron sakini 1991-ci il təvəllüdlü Namiq Fərhad oğlu Mütəllimov "Mastel Holding" MMC nin sex rəisi vəzifəsində çalışır.
77-AA-019 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi isə "SSMOVİE" MMC-dir
Qeyd edək ki, "SSMOVİE" MMC-yə ötən il gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib edilib.
Bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddiası ilə irəli sürülüb.
Taksi sürücüsünü kimin döydüyü barədə hələlik dəqiq açıqlama yoxdur.
Taksi sürücüsünü döyən "AA" seriyalı maşının sahibi bəlli oldu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.