25 
avq
2023
01:58
193

“Azəralüminium” cərimələndi - MƏBLƏĞ

25 avq, 2023
01:58
193

“Azəralüminium” cərimələndi - MƏBLƏĞ

Gəncə Şəhər Məhkəməsində “Azəralüminium” MMC-nin barəsində Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş cərimə protokoluna baxılıb.

Den.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Orxan Cəfərlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 Qərara əsasən, Gömrük Komitəsinin protokolu təmin edilib, “Azəralüminium” MMC-nin barəsində 1500 manat cərimə kəsilib.

Qeyd: “Azəralüminium” MMC-nin barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsi ilə cərimə protokolu tərtib edilib. Daha sonra protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar