“Bu faciənin dərin kədər və acı ilə dolu olduğu bu günlərdə birlikdə olmağın, bir-birimizi dəstəkləməyin əhəmiyyətini bir daha dərk edirik. Əvvəlcə bu dəhşətli qəzada həyatlarını itirənlərin yaxınlarına və ailələrinə dərin hüznlə başsalığı verir, yaralılara isə Allahdan şəfa diləyirəm. Hadisənin miqyası hələ də tam aydınlaşdırılmasa da, təyyarədə olanların vəziyyəti fərqlidir. Bəzi sərnişinlər yüngül xəsarətlərlə xəstəxanaya gətirilib, bir çoxları isə ağır vəziyyətdə intensiv terapiya şöbələrində müalicə olunurlar. Onların vəziyyəti həkimlərin nəzarəti altındadır. Biz hər bir yaralının sağalması üçün dua edirik”.
Den.az xəbər verir ki, bunu Aktauda yerləşən Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov deyib.
O daha sonra əlavə edib:
“Qəza yerlərində və xəstəxanalarda olan məlumatları fasiləsiz olaraq hər kəsə, xəstələrin yaxınlarına çatdırırıq. Ən son məlumatları mümkün qədər tez yaymağa çalışırıq. Qazaxıstanın səhiyyə sistemi, səyləri və peşəkarlıqları ilə hadisənin ilk anlarından etibarən böyük dəstək göstərir. Xüsusilə də qan toplama kampaniyasına Qazaxıstan tərəfinin verdiyi dəstək əvəzsizdir. Qazaxıstan höküməti qanvermə məntəqələrinə gedən taksiləri pulsuz etmişdir ki, bu da insanların qanverməyə gəlməsinə daha rahat kömək edir. Bu humanitar dəstəyə görə Qazaxıstan xalqına və hökümətinə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan diasporası kimi biz bu faciənin ilk anlarından etibarən fəal hərəkətə keçmişik. Qazaxıstanda yaşayan həmvətənlərimiz hadisə haqqında məlumat əldə edən kimi hər cür kömək üçün səfərbər olurlar. Bizim hərəkətlərimiz bir neçə istiqamətdən ibarətdir. İlk növbədə qan toplama kampaniyası, maddi yardım, informasiya dəstəyi və psixoloji dəstəkdir. Bundan əlavə Azərbaycan höküməti tərəfindən xüsusi bir qrup göndərilib ki, bu qrup hadisənin araşdırılmasında və zərərçəkənlərə kömək etməkdə yardımçı olur. Onların iştirakı bizi olduqca ruhlandırır. Aktau şəhərindəki Baş konsulluğumuzun qarşısına insanlar dayanmadan çiçək dəstələri qoyur, başsağlığı verir. Bu həmrəylik və dəstək bizi çox təsirləndirir. Bizim hərəkətlərimiz əsasən birlik, həmrəylik və qarşılıqlı dəstəyə əsaslanır. Bu faciənin acısını birlikdə yaşayır və birlikdə aradan qaldırmağa çalışırıq. Azərbaycan diasporasının bir hissəsi kimi biz qardaşlarımızın yanında olduğumuzu və onlara hər cür dəstək göstərməyə hazır olduğumuzu bildirmək istəyirik”.
“Qazaxıstan höküməti qanvermə məntəqələrinə gedən taksiləri pulsuz edib ki...” - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.