Yeni ili qızının yanında keçirmək üçün çox həvəsli idi. Axı onu qızı çağırırdı. Ancaq arzuları elə göylərdə puç oldu Leyla Bayramovanın. Məlum təyyarə qəzasında dünyasını dəyişən sərnişinlər sırasında onunda adı var. 61 yaşlı Leyla Bayramova…
Qızı Günel Hüseynova Den.az-a müsahibəsində bildirib ki, kaş dilim quruyardı onu Qroznuya çağırdığım yerdə. Hər dəqiqə ona qovuşağcağımı gözləyirdim. Mənim yanıma gəlirdi. O qədər arzularımız var idi ki. Eşidəndə ki, anamın olduğu təyyarə qəza edib dünyam qaraldı. Mən onsuz necə yaşayacam deyir mərhumun qızı.
Qeyd edək ki, AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 61 yaşlı Leyla Bayramovanın nəşi Sumqayıt şəhərinə gətirilib. Vida mərasimində Sumqayıt şəhər rəhbərliyi , mərhumun ailə üzvləri və yüzlərlə sakin iştirak edib.
Mərhum daha sonra Abşeron rayonun Mehdiabad qəsbiristanlığında torpağa tapşırılıb.
Dilim quruyardı onu Qroznuya yanıma çağıran yerdə: Təyyarə qəzasında ölən Leyla Bayramovanın qızı-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.