Yarım qalan arzular, onun üçün göz yaşı tökənlər. Hələ cavan idi. Arzuları var idi 28 yaşlı Ramin Ağayevin. Ən böyük arzusu çalışdığı işdə yüksəlmək, valideynlərini də öz yanına aparmaq idi. Ancaq bu olmadı.
“Den.az” xəbər verir ki, AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 28 yaşlı Ramin Ağayevin nəşi Sumqayıt şəhərinə gətirilərək ailəsinə təhvil verilib. Hacı Zeynalabdin qəsəbəsində keçirilən vida mərasimində rəsmilər və mərhumun yaxınları eləcədə sakinlər iştirak edib.
Mərhumun yaxınları bildirib ki, Ramin Ural hava yolları şirkətində bələdçi vəzifəsində çalışırdı. İş üçün yola düşmüşdü. Gedəndə hər kəslə sağollaşıb dedi ki, tezliklə qayıdacam məndən nigaran qalmayın. Qayıtdı amma...
Mərhum Ramin Ağayev Sumqayıt şəhər Ahacı Zeynalabdin qəsəbə qəbiristanlığında son mənzilə yola salınıb.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Sən mənə nə söz vermişdin ay Ramin: Təyyarə qəzasında ölən bələdçinin anası fəryad etdi-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.