İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.
“Den.az” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Netanyahunun Qüdsdəki ofisinin qarşısında baş verib.
Məlumata görə, anım mərasimindən çıxan avtomobil motosiklet sürücüsünü vurub.
Baş nazirin həmin maşında olmadığı bildirilir.
