Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ hücum etməkdə şübhəli bilinən Səlcuq Tengioğlu həbs edilib.
Den.az xəbər verir ki, o, müvafiq ittiham üzrə məhkəməyə çıxarılıb.
Beləliklə, hakimin qərarına əsasən, Tengioğlu ictimai vəzifəsini icra edən şəxsə qəsdən xəsarət yetirmək ittihamı ilə həbs edilib.
CHP sədri bu hücumun müxalifətə açıq mesaj olduğunu bildirib.
Qeyd edək ki, türkiyəli siyasətçi Sırrı Süreyya Önderin dəfn mərasimindən sonra Özgür Özələ yaxınlaşana 66 yaşlı Səlcuq Tengioğlu onu yumruqla vurub.