Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Nazirlər Kabinetinin iclasında etdiyi çıxışda, Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı telefon danışığından bəhs edib. Ərdoğan, Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpası ilə bağlı müsbət fikirlərini həmkarına çatdırdığını və Türkiyənin bu mövzuda dəstək verəcəyini bildirib.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirob hesab edir ki, Ərdoğanın bu addımı Diplomatik gərginliyin azaldılmasına xidmət edir.
Belə ki, Ərdoğanın təşəbbüsü ilə Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpası, bölgədəki diplomatik gərginliyin azalmasına kömək edə bilər. Bu, tərəflər arasında ziddiyyətləri diplomatik yollarla həll etmək üçün bir imkan yarada bilər.
İkinci tərəfdənd burada Türkiyənin nüfuzunun artması əsas mövzudur. Türkiyə, regional bir güc olaraq, bu cür vasitəçilik təşəbbüsləri ilə beynəlxalq arenada nüfuzunu artırmağa çalışır. Ərdoğanın bu cür görüşləri və danışıqları, Türkiyənin bölgədəki siyası təsirini genişləndirmək üçün bir vasitə ola bilər.
Bunan əlavə Xəyal Bəşirovun sözlərinə görə, Rusiya və Ukrayna ilə danışıqların müsbət nəticələnməsi, Türkiyənin bu ölkələrlə iqtisadi və ticarət əlaqələrini gücləndirə bilər. Bu, həm də regional iqtisadi sabitliyə töhfə verə bilər.
Ümumiyyətlə, Türkiyənin bu təşəbbüsləri, regional və qlobal səviyyədə sülh və sabitlik üçün əhəmiyyətli bir addım ola bilər. Lakin, bu cür mürəkkəb beynəlxalq məsələlərin həllində müsbət nəticələr əldə etmək üçün daha geniş diplomatik səylər və əməkdaşlıq tələb olunur.
Ellada Rəsul
Den.az