Bakı şəhəri Yasamal rayonu 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova vəzifəsindən azad edilib.
Den.az-ın əldə etdiyi məlumata görə, işdən çıxarılmaq barədə xəbəri eşidən direktorun halı qəflətən pisləşib və məktəbə təcili yardım briqadası çağırılıb. Hazırda onun vəzifəsini fənn müəllimi müvəqqəti olaraq icra edir.
Valideynlərin iddialarına görə, direktor testləri və partaları pulla satıb. Hazırda məktəb komissiya nəzarətindədir.
Məktəbdə baş verən son hadisələrlə bağlı Bakı şəhər Təhsil İdarəsinə sorğu ünvanlanmışıq və ətraflı məlumat veriləcək.Mətbuat.az