Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktorunun yayılmış səsyazısı ilə əlaqədar olaraq araşdırmalar aparılıb.
Den.az xəbər verir ki, araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.
Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.
Xatırladaq ki, bir neçə gündür sözü gedən təhsil müəssisəsində direktor Son Zəng tədbiri üçün 150 manat rüşvət yığılması tələbini irəli sürmüşdü. Bu hadisə həm valideynlər, həm də şagirdlər tərəfindən qəbul edilməmişdi. Nəticədə 207 nömrəli tam orta məktəbdə qalmaqal yaşanmışdı.