“İstənilən təcavüz İsrailin məhvini sürətləndirəcək”.
Den.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı sərt bəyanat verib. Bəyanatda qeyd olunur ki, "İstənilən təcavüz İsrailin məhvini sürətləndirəcək". SEPAH-ın bəyanatında İsrail və onun havadarlarına xəbərdarlıq edilir ki, hər hansı təcavüzkar addım onların məhvini sürətləndirəcək.
İranın Xarici İşlər Nazirliyi isə, 4 iyul 1982-ci ildə Tehranın Beyrutdakı səfirliyinin hərbi attaşesi Əhməd Motovasselian, İranın Livandakı müvəqqəti işlər vəkili Möhsün Musəvi, səfirliyin əməkdaşı Taqi Rastegar Moqaddam və İran İslam Respublikası Xəbər Agentliyinin (İRNA) fotoqrafı Kazem Axavanın qaçırılması ilə bağlı bəyanat yayıb. Bəyanatda İsrailin bu hadisələrdə məsuliyyət daşıdığı vurğulanır.