“İranın yəhudi dövlətinin hərbi obyektlərinə son raket hücumu İsrailin xeyli sayda “F-35″ qırıcısının məhv edilməsi ilə nəticələnib”.
Den.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandirinin müşaviri, briqada generalı İbrahim Cabbari Tehranda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, İranın oktyabrın 1-də İsrailə atdığı raketlərin 90 faizi hədəfləri uğurla vurub.
Hücum zamanı SEPAH eyni vaxtda İsrailin hava hücumundan müdafiə sistemlərinə qarşı kibertəhlükəsizlik və elektron müharibə əməliyyatları həyata keçirib və raketlərin hədəfləri vurmasına şərait yaradıb.
General bildirib ki, İranın ballistik raketləri İsrailin kritik bazalarını və “F-35” qırıcılarının yerləşdiyi anqarları uğurla vuraraq, hərbi təyyarələrin əhəmiyyətli hissəsini məhv edib.
“İsrail rejimi və ABŞ İranın hücumunu dəf etmək üçün bütün müasir avadanlıqlarından istifadə etsələr də, ordumuzun və kəşfiyyat xidmətlərinin fəaliyyətindən təəccübləndilər”, – deyə iranlı general vurğulayıb.
Günəş Fərəh
Den.az
"İranın oktyabrın 1-də İsrailə atdığı raketlərin 90 faizi hədəfləri uğurla vurub" - Cabbari

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.