Bundestaqın keçmiş deputatı Valdemar Gerdt Ermənistanın Avropa İttifaqına inteqrasiya planlarını sərt tənqid edib.
Den.az xəbər verir ki, o, Ermənistanın baş naziri Nikol Paşinyanın “ölkəmiz 20 ildən sonra Avropa Birliyinin üzvü olacaq” bəyanatını Alpha News-a şərh edərkən kəskin fikirlər səsləndirib.
“20 ildən sonra Avropa İttifaqı olmayacaq demək üçün peyğəmbər olmağa ehtiyac yoxdur. Bunu hamı anlayır. Heç kim Ermənistanın Aİ-yə üzv olmasını müzakirə etmir və xatırlamır. Türkiyə 50-60 ildir növbədədir, Ermənistan da həmin sıraya qoşula bilər,” – deyə Gerdt bildirib.
O, Avropa İttifaqının verdiyi maliyyə dəstəklərini də təbliğat aləti adlandırıb. Gerdt əlavə edib ki, Ermənistanın Rusiyadan uzaqlaşması fəlakətə gətirib çıxara bilər
“Aİ yalnız öz ideologiyasını yaymaq üçün vəsait ayırır. Ermənistana real kömək gözləmək sadəlövhlükdür. Ruslar Ermənistanı müdafiə etməyi dayandıran kimi, bu millət də mövcudluğunu itirəcək”.
Qeyd edək ki, Nikol Paşinyanın son açıqlamaları Ermənistanın Qərb strukturlarına inteqrasiya niyyətini bir daha ortaya qoyub. Bu isə Rusiyaya yaxın dairələrdə və bəzi qərb ekspertləri arasında ciddi müzakirələrə səbəb olub.Globalinfo.az