15 
noy
2023
19:45
168

"Brüssel əvvəlki kursunu davam etdirsəydi, iki ölkə arasında sülh müqaviləsi imzalanardı" - DETALLAR

15 noy, 2023
19:45
168

"Brüssel əvvəlki kursunu davam etdirsəydi, iki ölkə arasında sülh müqaviləsi imzalanardı" - DETALLAR

"ABŞ VƏ Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Fransanın təlimatı ilə Avropa İttifaqının prezidenti Şarl Mişel, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Cozef Borell Azərbaycana qarşı Ermənistanın avantürist siyasətini dəstəkləmək kursu götürüblər. Bu ritorika ilə Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasını praktiki şəkildə davam etdirməsi mümkün deyil. Əgər, Brüssel əvvəlki kursunu davam etdirsəydi, iki ölkə arasında sülh müqaviləsinin bağlanması yekunlaşa bilərdi". 


Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Avropa İttifaqı və ABŞ hesab edir ki, Ermənistana siyasi dəstək verməklə Azərbaycana təzyiq siyasəti formallaşdıracaq və Cənubi Qafqazda geosiyasi mövqelərini möhkəmləndirəcək: "ABŞ və Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində real işlər görə bilərlər. Hazırda Rusiyanin Ermənistanda dayaqları zəifləyib. Qərbin Ermənistan hakimiyyətinə kifayət qədər təsirlərini nəzərə alsaq sülh müqaviləsinin bağlanması mümkündür. Amma, yürütdükləri siyasət regionda hərbi eskalasiyaya gətirib çıxaracaq. Ermənistan hakimiyyətinin revanşizm siyasəti və sülhdən yayınması bunu göstərir ki, hərbi eskalasiya mümkün ola bilər". 

Politoloqun sözlərinə görə, Avropa İttifaqı Ermənistanın Azərbaycana qarşı işğalı davam etdirdiyi illərdə İrəvanı qınayan açıqlamalar vermirdi: "Azərbaycanı açıq şəkildə təhdid etdiyi kimi Ermənistanı təhdid etmirdi. Halbuki Qarabağ müharibəsi baş verməsəydi Rusiyanin regionda mövqeləri güclü olaraq qalacaqdı və Avropa İttifaqının region siyasətinə imkan verilməyəcəkdi. Bu gün Avropa İttifaqının tutduğu siyasi kurs Ermənistan revanşizminə dəstək verir. Avropa İttifaqı və ABŞ Rusiyanı Ermənistandan uzaqlaşdırmaq siyasətini Azərbaycana təzyiq və sülhə mane olacaq müstəvisində həyata keçirir. Avropa İttifaqı Ermənistanı Azərbaycana qarşı şərti sərhəddə hərbi təxribatlara əl atmağa sövq edir".
Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar