ABŞ-a məxsus və İsrail ordusu üçün artilleriya sistemləri və partlayıcı maddələr daşıdığı bildirilən “Ocean Grand” yük gəmisi Cənubi Kipr Rum Administrasiyasının (CKRA) Limassol limanına yaxınlaşır.
Den.az xəbər verir ki, gəmi İsrailə yollanmazdan əvvəl Limassolda bir müddət dayanacaq.
“Cyprus Mail” qəzetinin məlumatına görə, gəmi ABŞ -ın Şimali Karolina ştatının Sunny Point hərbi terminalından yola düşüb və İsrailə çatdırılmaq üçün 4 ədəd Roem 155 mm-lik mobil haubitsa, müxtəlif çaplı artilleriya sursatı və partlayıcı maddələr daşıyır.
Qəzet bildirir ki, gəmi çərşənbə günü səhər Malta-Siciliya sahillərində olub, lakin daha sonra “Ocean Grand” avtomatik identifikasiya sistemini (AIS) söndürərək izlənmədən çıxıb. Cənubi Kipr Rum səlahiyyətliləri ABŞ ayraqlı gəmi ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.
Təhlilçilər xəbərdarlıq edir ki, silah daşımalarının bu cür marşrutlarla həyata keçirilməsi Yaxın Şərqdə yeni gərginlik ocaqlarının alovlanmasına səbəb ola bilər. Bəzi mənbələr bu hərəkətləri İsrailin Süveyda bölgəsinə son hücumları və regionda Türkiyəyə qarşı planlarla əlaqələndirir. Globalinfo.az