İran Qafqazda qurulması planlanan amerikan dəhlizinin qarşısını alacaq:
Denmedia.az İran mətbuatına istinadən xəbər verir ki, bu fikirləri İran ali liderinin müşaviri Əli Əkbər Vilayəti açıqlamasında deyib.
“Qafqaz dünyanın ən həssas coğrafi nöqtələrindən biridir. Sözügedən yol Trampın mülkiyyətində olan dəhlizə yox, Trampın muzdlularının məzarlığına çevriləcək. Tramp elə bilir ki, maklerdir və torpaq, bölgə icarəyə götürə bilər.
“Zəngəzur dəhlizi”nin yaradılması İranın şimal və şimal-qərbdəki yol əlaqələrini yalnız Türkiyə ilə məhdudlaşdıracaq. Bu təxribat həyata keçsə, Cənubi Qafqazın təhlükəsizliyi təhdid olunacaq. İran isə bu təhlükənin qarşısını almaq üçün hərəkət edəcək. Rusiya ilə, ya da Rusiyasız.
Bu dəhliz sadəcə ticarət yolu deyil, İran və bəzi qonşu ölkələrə qarşı siyasi təxribatdır. NATO üzvü olan Türkiyə ilə yanaşı, digər NATO ölkələri də bu bölgəyə yerləşmək istəyir. NATO İranla Rusiya arasında ilan kimi uzanmaq istəyir. İran buna icazə verməyəcək”.
Vilayəti həmçinin bildirib ki, sözügedən dəhliz gələcəkdə Ermənistanın parçalanmasına gətirib çıxaracaq:
“Heç bir xalq öz torpağının parçalanmasına razı olmaz, hətta hökuməti qeyri-sabit mövqelər sərgiləsə də. Bu dəhliz regionun geosiyasi vəziyyətini dəyişdirir, sərhədləri dəyişməyə səbəb olur və Ermənistanın parçalanması üçün nəzərdə tutulub”.
Ellada Rəsul