İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirdiyi “İran dəhliz məntiqi çərçivəsində Ermənistan ərazisindən keçən istənilən yolun əleyhinədir” açıqlaması çalışdığı ölkənin Baş naziri Nikol Paşinyana xəbərdarlıq mesajı daşıyır. Tehran görür ki, Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla razılaşmanın yollarını axtarır. İrandakı mühafizəkar qüvvələr isə Paşinyanı durdurmaq üçün səfirlərinə İrəvanda mətbuat konfransı keçirmək təlimatı veriblər.
Bu sözləri Den.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu qeyd edib.
“Səfirin “bölgə ölkələri arasında İran yeganə ölkədir ki, Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyini müdafiə edir” cümləsi isə Rusiyaya mesajdır. Məlumdur ki, Rusiya Zəngəzur dəhlizinin öz nəzarəti altında işə düşməsini istəyir. Tehran bunun da əleyhinədir. Tehran Zəngəzur dəhlizinə etiraz edərkən, dəhlizin İrandan keçməsi layihəsini dəstəkləyir. Bunu İranın Ermənistandakı səfiri də təsdiq edib. Amma erməni jurnalistlərdən heç biri ona sual verməyib ki, Ermənistandan keçən dəhlizin əleyhinə olduğunuz halda, necə olur eyni marşrutla İrandan keçən dəhlizin reallaşmasını dəstəkləyirsiz?” – politoloq vurğulayıb.
Günəş Fərəh
Den.az
"İran yeganə ölkədir ki, Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyini müdafiə edir” - ŞƏRH

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.