“Zəngəzur dəhlizi" ilə bağlı narahatlıq yoxdur.
Denmedia.az xəbər verir ki, bu sözləri İran prezidenti Masud Pezeşkiyan jurnalistlərin “Zəngəzur dəhlizi” ilə bağlı sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, “Hadisələr xəbərlərdə göstərildiyi kimi deyil. İslam Respublikası ilə bağlı bu marşrutla əlaqədar tələblər nəzərə alınıb.”
ABŞ-ın iştirakı ilə bağlı narahatlıq yoxdur? sualına isə Pezeşkiyan deyib ki, bu əsas məsələlərdən biridir. Amma ərazi bütövlüyü ilə bağlı məsələlər və bizim Avropaya və ya şimala gedən yolumuzun bağlanmaması nəzərə alınıb. Tək narahatlıq odur ki, bu marşrut amerikalı və erməni şirkətləri tərəfindən inşa ediləcək.
Ellada Rəsul