“Fransa tam şəkildə Ukraynanı dəstəkləyir”.
Denmedia.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Alyaskada keçirilən Rusiya-ABŞ sammitindən sonra sosial media hesabında paylaşım edib.
Prezident Rusiyaya təzyiqin davam etdirilməsinin vacibliyini vurğulayıb:
“Ədalətli sülh əldə olunana qədər Ukraynanı dəstəkləməyə və Rusiyaya təzyiq göstərməyə davam etmək son dərəcə vacibdir”.
O, həmçinin ABŞ administrasiyasının münaqişənin həlli istiqamətində göstərdiyi səyləri alqışlayıb.