ABŞ Prezidenti Donald Tramp Belarus Prezidenti Aleksandr Lukaşenkoyla telefon danışığı aparıb.
Denmedia.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində məlumat verib. O bildirib ki, zəngin əsas məqsədi 16 məhbusun azad olunmasına görə Lukaşenkoya təşəkkür etmək olub. Bundan əlavə, 1 300 məhbusun azad edilməsi məsələsi də müzakirə olunub.
Tramp qeyd edib ki, söhbət yaxşı keçib və Rusiya Prezidenti Vladimir Putinin Alyaska səfəri də gündəmə gətirilib.
“Gələcəkdə Prezident Lukaşenko ilə görüşməyi səbirsizliklə gözləyirəm”, - deyə o əlavə edib.