“Türkiyə bütün imkanları ilə fələstinli qardaşlarının və Qətərin yanındadır”.
DenMedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Dohaya hücumlarına münasibət bildirərkən deyib.
“Türkiyə bütün imkanları ilə fələstinli qardaşlarının və Qətər dövlətinin yanındadır. Terrorizmi dövlət siyasəti halına gətirənlər heç vaxt hədəflərinə çata bilməyəcəklər”, – deyə Ərdoğan bildirib.
O, əlavə edib ki, beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq şəkildə pozulması demək olan bu hücum qardaş ölkə Qətərin təhlükəsizliyini və əmin-amanlığını hədəfə alıb.
Prezidentin sözlərinə görə, İsrailin HƏMAS-ın danışıqlar heyətinə hücumu Netanyahu hökumətinin qarşıdurmanı və qeyri-sabitliyi daha da dərinləşdirmə niyyətini ortaya qoyur.