“Qlobal səhnədə artan qeyri-müəyyənlik şəraitində Türkiyə regionda sülh və sabitliyin qalasıdır”.
Den.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Dünyada qeyri-müəyyənliyin artdığı, coğrafiyamızın qızğın qarşıdurmaların və siyasi sui-qəsdlərin şahidi olduğu bu kritik dövrdə Türkiyə öz bölgəsində sabitlik və sülh qalası kimi önə çıxır. Türkiyə son vaxtlar canlanan ekspansionist ambisiyalar qarşısında öz milli maraqlarını müdafiə etməkdə qərarlıdır. Biz regionu qan dənizinə çevirmək istəyənlərə öz planlarını həyata keçirməyə imkan verməyəcəyik. Eyni zamanda dostlarımız, eləcə də ölkə vətəndaşları üçün etimad mənbəyi olmağa davam edirik”, – deyə Ərdoğan vurğulayıb.
Günəş Fərəh
Den.az
"Türkiyə regionda sülh və sabitliyin qalasıdır” - Ərdoğan

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.