Ağ Ev ABŞ Konqresinə narkoticarətlə əlaqəli gəmilərə endirilən hərbi zərbələr barədə yeddi qapalı brifinq keçirdib.
DenMedia.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
“Sentyabrın əvvəlindən bəri administrasiya Konqresdə yeddi ayrı qapalı brifinq təşkil edib. Bu brifinqlər Nümayəndələr Palatası və Senat rəhbərliyi, silahlı qüvvələr, kəşfiyyat, xarici işlər və beynəlxalq münasibətlər komitələrinin üzvləri və əməkdaşlarını əhatə edib,” — deyə ABŞ Prezidenti Donald Trampın administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.

