ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson faktiki olaraq demokrat konqresmen Madlen Din-in sözləri ilə razılaşıb. Din bəyan etmişdi ki, ABŞ prezidenti Donald Tramp “sağlam deyil”. DenMedia.az xəbər verir ki, bu barədə görüntüləri MSNBC telekanalı yayıb.
Kadrlarda Din iddia edir ki, Amerika lideri özünü idarə etməyi itirib. Buna cavab olaraq Conson etiraf edib ki, onunla razılaşanlar çoxdur:
“Çoxları sizin tərəfinizdədir. Mən onu idarə etmirəm”, – deyə Conson bildirib.