Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli təyyarənin Gürcüstanda qəzaya uğramasına mexaniki nasazlıq və ya korroziya səbəb olmuş ola bilər. DenMedia.az xəbər verir ki, bu barədə Milliyet qəzeti məlumat yayıb və türkiyəli ekspertlərin də əsasən bu versiyaya yaxın olduqlarını yazıb.
Bahçeşehir Universitetinin dosenti Tolğa İnən bildirib ki, təyyarənin ikinci mühərrikindəki pərvanə qopub. Onun sözlərinə görə, bu, təyyarənin burun hissəsinin qopmasına səbəb olmuş ola bilər.
“Təyyarə tamamilə dağılır, quyruq hissəsi də qalmır. Bu, mexaniki problem və ya korroziya səbəbindən mümkündür”, — deyə İnən qeyd edib.

