Android Authority yazır ki, Android sistemli smartfonlarda Sturnus adlı yeni virus aşkarlanıb və o, sözün əsl mənasında istifadəçinin ekranında görünən bütün məlumatları oxuya bilir.
Virus sadəcə ekran görüntüsünə baxmaqla kifayətlənmir — şifrələnmiş məlumatları belə aşaraq Telegram və Signal kimi messencerdəki mesajlara daxil olur.
Sturnus ekran vasitəsilə:
• parolları toplaya bilər,
• bank tətbiqlərini izləyə bilər,
• şəxsi yazışmaları oxuya bilər,
• ümumilikdə telefondakı məlumatları analiz edə bilər.
Mütəxəssislərin sözlərinə görə, virus çox zaman Google Chrome və digər məşhur tətbiqlər kimi maskalanır, ehtimal ki, internetdə yayılan apk-fayllar vasitəsilə yayılır.

