Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android istifadəçilərinə hədəflənmiş yeni zərərli proqram təminatını aşkar ediblər. Yeni zərərli proqram təminatı NGate adlanır.
Den.az xarici KİV-ə istinadən xəbər verir ki, kredit kart məlumatlarının oğurlanması üçün smartfonlardakı NFC çipindən istifadə edilir. Məlumatda qeyd edilib ki, bu zərərli proqram təminatı qurbanın smartfonundakı NFC çip vasitəsilə oxunulan məlumatları dələduzun smartfonuna ötürür. Dələduz isə öz növbəsində əldə edilmiş məlumatlar vasitəsilə qurbanın bank kartını imitasiya edərək onun adından alış-veriş edə və ya kartdan pul çıxara bilər.
Məlumata əsasən NGate keçən ilin noyabr ayından aktivdir. Hələ bir neçə müddət bundan öncə ESET şirkəti Çexiyada bank hesablarının oğurlanması barəsində hesabat təqdim etmişdi. çox güman ki, NGate adlı zərərli proqram təminatı da həmin hadisə ilə əlaqəlidir. Bu zərərli proqram təminatının iştirakı ilə reallaşdırılan kiberhücumlar fişinq (phishing) mesajlardan, robot zənglərdən və zərərli reklamlardan başlayır. Bu cür üsullar istifadəçini PWA (Progressive Web App) və ya WebAPK tətbiqlərini yükləməyə məcbur edirlər.
Bu zərərli tətbiqlər istifadəçinin hesab məlumatlarını oğurlayırlar və daha sonra NGate öz növbəsində NFCGate-dən istifadə edərək bank kartı məlumatlarını oğrulamağa başlayır. Dələduz isə oğurlanmış bank kartı məlumatını virtual kart şəklində saxlaya bilir. Bu üsul ilə o, PoS terminallarda ödəniş edə və ya bankomatlardan pul çıxara bilər. Bankomatlardan pul vəsaitlərinin virtual kart vasitəsilə çıxarılması üçün lazım olan PIN kodu onlar sosial mühəndislik vasitəsilə əldə edirlər. İstifadəçilərə istifadə etmədikləri halda NFC funksiyasının deaktiv edilməsi və bank tətbiqlərinin yalnız rəsmi mənbələrdən yüklənməsi məsləhət görülür.
Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.