ABŞ prezidenti Donald Trump İrana Amerika hərbçilərinin göndərilməsi variantını nəzərdən keçirmir.
Bu barədə CNN yüksək vəzifəli ABŞ administrasiya rəsmisinə istinadla xəbər verir.
Mənbənin sözlərinə görə, ABŞ-ın İranda quru əməliyyatları Trampın hazırda nəzərdən keçirdiyi variantlar siyahısına daxil deyil.
Bununla belə, Ağ Evdə Tehrana qarşı müəyyən güc tətbiqi formaları müzakirə olunur.
Eyni zamanda Vaşinqtonda narahatlıq var ki, İrana mümkün zərbələr əks effekt verə, İran cəmiyyətini daha da birləşdirə və ya Tehranın hərbi cavabına səbəb ola bilər.

