ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran danışıqlardan imtina edərsə və raket proqramını inkişaf etdirməyə davam edərsə, Vaşinqton İrana yenidən zərbələr endirə bilər. O, Ağ Evdə çıxışı zamanı vurğulayıb ki, ABŞ Hərbi Hava Qüvvələrinin Fordo, Natanz və İsfahandakı İran obyektlərinə endirdiyi zərbələr olmasaydı, Yaxın Şərqdə nizamlanma mümkün olmazdı.
Tramp istisna etməyib ki, İran “nüvə proqramını bərpa etməyə cəhd göstərə bilər”, lakin bunun razılaşma olmadan baş verməsi halında “ABŞ həmin proqramı yenidən məhv edəcək”. Onun sözlərinə görə, Amerika ordusu İran raketlərini “çox qısa müddətdə” zərərsizləşdirmək gücünə malikdir.

