İranda davam edən etiraz aksiyaları fonunda Böyük Britaniya Tehrandakı səfirliyini müvəqqəti bağlamaq qərarına gəlib.
“Denmedia.az” xəbər verir ki, bu barədə “Mirror” qəzetinin müxbiri Lizzi Byuçen məlumat yayıb.
O, səfirliyin fəaliyyətini artıq distant rejimdə davam etdirəcəyini bildirib. Qərar yanvarın 14-də səfirlik binası qarşısında keçirilən və İsrail ilə ABŞ bayraqlarının yandırıldığı radikal etiraz aksiyasından sonra verilib. Britaniya rəsmiləri diplomatik heyətin təhlükəsizliyini prioritet hesab edərək onların təxliyəsinə başlayıblar.
Qeyd edək ki, gərginliyin artması ilə digər Avropa ölkələri də analoji addımlar atır. Artıq Fransanın Tehrandakı səfirliyinin bəzi əməkdaşlarının ölkəni tərk etdiyi bildirilir.
Xatırladaq ki, 2025-ci ilin dekabrında iqtisadi səbəblərdən başlayan etirazlarda ölənlərin sayı artıq 2600-ü keçib.

