ABŞ-a İranda qətllərin dayandırıldığı və edamların planlaşdırılmadığı barədə məlumat daxil olub.
Denmedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə çıxışı zamanı danışıb.
“Bizə kifayət qədər ciddi şəkildə xəbərdarlıq edilib. Bütün bunların nə demək olduğunu araşdıracağıq, lakin bizə deyilib ki, İranda qətllər dayanıb və edam üçün heç bir plan yoxdur”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti qeyd edib ki, son günlərdə bir çox insan bu günün edam günü olacağı barədə danışırdı. O əlavə edib ki, əgər edamlar davam edərsə, bu, hamı üçün ciddi məyusluq olacaq.
Trampın bu yanaşması ABŞ-ın İrana hücum qərarından hələlik vaz keçməsi kimi dəyərləndirilib.

