İran 12 gün davam edən münaqişə ərzində “İsrailə casusluq” iddiası ilə 700-dən çox insanı həbs edib.
Den.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 24-də İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlayıb. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırıb.
Həmçinin MOSSAD ilə əməkdaşlıqda və müharibə zamanı İsrailin ölkə ərazisində həyata keçirdiyi sui-qəsdlərdə istifadə olunan avadanlıqların İrana keçirilməsində ittiham olunan üç nəfər edam edilib.