ABŞ indi Venesuelanı idarə edir və ölkə cəmi bir həftə ərzində ciddi şəkildə dəyişib. Bunu ABŞ Prezidenti Donald Tramp Florida ştatının Palm-Biç şəhərində onun şərəfinə küçələrdən birinə ad verilməsi münasibətilə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ hərbçiləri Venesuela Prezidenti Nikolas Maduronu “ABŞ-a və bütün dünyaya qarşı cinayətlərinə görə” ələ keçiriblər.
“Biz indi ölkəni idarə edirik,” — deyə Tramp Venesuelanı nəzərdə tutaraq vurğulayıb.
Tramp qeyd edib ki, bu artıq “tamamilə başqa bir ölkədir” və “cəmi bir həftə ərzində çox ciddi dəyişikliklər baş verib”.

