İran prezidentinin administrasiyası son etirazlar zamanı həlak olan şəxslərin adlarının yer aldığı siyahını açıqlayıb. Rəsmi sənəddə 2 986 nəfərin məlumatı yer alıb.
Administrasiyanın yaydığı açıqlamada bildirilir ki, siyahı prezidentin göstərişi ilə dərc edilib. Eyni zamanda, rəsmi olaraq açıqlanan 3 117 nəfərlik ölüm sayı ilə siyahıda yer alan adlar arasında 131 nəfərlik fərq olduğu qeyd olunub.
Bu fərqin səbəbi kimi həmin şəxslərin şəxsiyyətlərinin hələlik müəyyən edilə bilməməsi göstərilib. Prezident administrasiyası vurğulayıb ki, kimliyi təsdiqlənməyən ölənlərin adları sonradan ayrıca siyahı şəklində ictimaiyyətə təqdim ediləcək.

