İranda kütləvi etirazlar zamanı indiyədək 500-dən çox insanın həlak olduğu, 10 mindən artıq şəxsin isə saxlanıldığı hesablanıb. Bu barədə Reuters məlumat yayıb.
HRANA hüquq-müdafiə təşkilatının məlumatına görə, artıq iki həftədir davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 500 nəfəri keçib. Həlak olanlardan 490-ı etirazçı, 48-i isə təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.
Qeyd olunur ki, İran hakimiyyəti rəsmi statistika açıqlamadığı üçün, jurnalistlər bu rəqəmləri müstəqil şəkildə təsdiqləyə bilməyib.

