İran prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqların başlanması barədə göstəriş verib.
Mənbələrin məlumatına görə, Amerika tərəfi ilə ilk təmaslar yaxın günlərdə Türkiyə ərazisində baş tuta bilər.
Bu barədə Fars agentliyi İran hökumətindəki mənbəyə istinadən xəbər yayıb.

