Bukingem sarayı kral III Çarlzın adından rəsmi açıqlama yayıb. Bəyanat monarxın kiçik qardaşı, keçmiş şahzadə Endryu Mauntbetten-Vindzorla bağlı səslənən ciddi ittihamlarla əlaqədardır.
Daily Mirror nəşrinin məlumatına görə, kral III Çarlz bildirib ki, hüquq-mühafizə orqanları istintaq çərçivəsində kral ailəsi üzvlərindən kömək istəsə, saray polisə tam dəstək verməyə hazırdır.
İttihamlar keçmiş şahzadə Endryunun ticarət nümayəndəsi olduğu dövrdə Ceffri Epşteynə məxfi sənədlər ötürməsi ehtimalı, eləcə də yeni potensial qurbanın iddiaları ilə bağlıdır. Bildirilir ki, Epşteyn 2010-cu ildə bir qadını Londona göndərərək onu Endryu ilə keçmiş iqamətgahı Royal Lodgeda görüşdürmək istəyib.
Kral III Çarlz bu ittihamların səsləndirilməsinin özlüyündə ciddi narahatlıq doğurduğunu vurğulayıb. Keçmiş şahzadə Endryu isə bütün cinsi istismar ittihamlarını daim təkzib edib.
Qeyd edək ki, ötən ilin oktyabrında kral III Çarlz Virciniya Cuffrenin kitabı dərc edildikdən sonra qardaşını bütün titullardan və fəxri adlardan məhrum edib.

