Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır cinayətlərə dair maddələri üzrə açıq məhkəmə iclasında yekun hökm elan olunub.
Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə rus dili üzrə tərcüməçi və dövlət hesabına vəkil təqdim edilib.
Hökmə əsasən, Vardanyan 20 il müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında ona ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsini təklif etmişdi.

