İranın ali rəhbəri Ayətullah Əli Xamenei ABŞ Prezidenti Donald Trumpa yönəlik sərt bəyanatla çıxış edib.
Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Xamenei bildirib ki, ABŞ hərbi gəmilər göndərməklə hədələsə də, həmin gəmiləri batıra biləcək silahlar daha təhlükəlidir.
Onlar daim deyirlər ki, İrana gəmilər göndəriblər. Gəmi təhlükəli qurğudur, lakin onu batıra biləcək silah daha təhlükəlidir.
O, həmçinin Trumpın dünyanın ən güclü ordusu ilə bağlı iddialarını istehza ilə qarşılayaraq, hətta həmin ordunun da ciddi zərər görə biləcəyini vurğulayıb.

