İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei İsrailə birbaşa hücum əmri verib.
Den.az xəbər verir ki, bu əmr HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq verilib.
“The New York Times” üç İran rəsmisinə istinadən əmrlə bağlı məlumat yayıb.
Bildirilir ki, İran hərbi komandirləri Təl-Əviv və Hayfa bölgəsindəki hərbi hədəflərə birləşmiş pilotsuz təyyarə və raket hücumunu nəzərdən keçirirlər. Lakin mülki hədəflərə zərbə endirməkdən qaçmağa çalışacaqlar.
Rəsmilər bildiriblər ki, Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun və ordunun hərbi komandirlərinə müharibənin genişlənəcəyi, İsrail və ya ABŞ-ın İrana zərbə endirəcəyi təqdirdə həm hücum, həm də müdafiə planları hazırlamağı tapşırıb.
Günəş Fərəh
Den.az
Xamenei İsrailə birbaşa hücum əmri verib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.