Tehranda ABŞ və İsrailin hücumu zamanı Mehrabad hava limanında bir sərnişin təyyarəsi məhv edilib. Bu barədə Tehran Times məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat yoxdur.
Şahidlərin sözlərinə görə, hava limanı üzərində qara tüstü buludları qalxıb. İranın “Iran Air” aviaşirkətinə məxsus təyyarədən yalnız loqotipi olan quyruq hissəsinin qaldığı bildirilir.
Bununla yanaşı, Məhəllati və Hakimiyə rayonları, eləcə də İnqilab meydanı da zərbəyə məruz qalıb. Bəzi məlumatlara görə, hücum Şahran neft anbarına – Tehranın əsas yanacaq bazasına yönəlib.

