Hindistanın Əhmədabad şəhərində hava limanının yaxınlığında 100-dən çox sərnişinin olduğu təyyarə qəzaya uğrayıb.
Den.az News18 telekanalının məlumatına görə xəbər verir ki, hadisə iyunun 12-də səhər saatlarında baş verib. Əhmədabaddan Londona uçan "Air India" hava yollarına məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Meghani Nagar adlı ərazidə yerə çırpılıb. Londona uçan AI-171 reysinin göyərtəsində 242 sərnişin olub. Təyyarə havaya qalxdıqdan az sonra Meqaninaqar rayonunda yaşayış massivinə düşüb. Şahidlərin sözlərinə görə, hazırda qəza yerindən qatı tüstü qalxır. Ölənlər və xəsarət alanlar barədə məlumat yoxdur.
Təyyarə yerli vaxtla saat 13:38-də havaya qalxıb və havaya qalxdıqdan 5 dəqiqə sonra hava limanı yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin qəzaya uğramasından sonra Əhmədabad hava limanı bağlanıb.
İlkin məlumata görə, təyyarənin göyərtəsində 200-dən çox sərnişin olub.
Yerli KİV-lər və şahidlər hadisə yerindən qalxan sıx qara tüstü barədə məlumat veriblər.
Xilasedicilər, yanğınsöndürənlər və polis dərhal hadisə yerinə cəlb olunub. Ərazi təhlükəsizlik səbəbilə mühasirəyə alınıb. Hazırda ölən və ya sağ qalanların sayı ilə bağlı rəsmi məlumat verilməyib.
İstintaq davam edir və qəzanın səbəbləri araşdırılır.