İran prezidenti Məsud Pezeşkian bildirib ki, qonşu dövlətlər tərəfindən hər hansı hücum və ya müdaxilə cəhdi olarsa, Tehran buna cavab verməyə məcbur qalacaq. Bu barədə RIA Novosti onun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Pezeşkian vurğulayıb ki, cavab addımı həmin ölkələrlə mübahisə aparmaq və ya onların xalqına zərər vermək niyyəti anlamına gəlmir.
Cavab vermək o demək deyil ki, biz həmin ölkə ilə mübahisə edirik və ya onun xalqına zərər yetirmək istəyirik. Sadəcə zərurət yaranarsa cavab verəcəyik, – deyə Məsud Pezeşkian bildirib.
İran prezidenti daha əvvəl Fars körfəzi ölkələrinə endirilən zərbələrə görə üzr istəmiş və əgər həmin ölkələrin ərazisindən hücum edilməzsə, Tehranın qonşu dövlətlərə qarşı hücum etməyəcəyini bildirmişdi. O, həmçinin region ölkələrini “imperializmin əlində oyuncağa çevrilməməyə” və İran ərazisinə qarşı addımlar atmamağa çağırıb.
ABŞ prezidenti Donald Tramp isə buna cavab olaraq bildirib ki, İran “min illərdən sonra ilk dəfə Yaxın Şərqdəki qonşu ölkələr qarşısında məğlub olub”. Onun sözlərinə görə, Tehran “təslim olana və ya tam çökməyənə qədər uduzan tərəf olaraq qalacaq”. Tramp həmçinin ABŞ-ın əvvəllər hədəf alınmayan bölgələrə yeni zərbələr endirə biləcəyini də istisna etməyib.

