İranın müvəqqəti rəhbər şurası qərara gəlib ki, əgər həmin ölkələrin ərazisindən İrana qarşı hücum həyata keçirilməzsə, region ölkələrinə zərbə endirilməyəcək. Bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, Tehran artıq qonşu dövlətlərə qarşı raket hücumları həyata keçirməmək barədə qərar qəbul edib. Prezident həmçinin region ölkələrindən üzr istəyib.
Dünən müvəqqəti rəhbər şura qərar verdi ki, əgər qonşu ölkələrin ərazisindən İrana qarşı hücum olmayacaqsa, həmin ölkələrə qarşı raket buraxılışları və hücumlar həyata keçirilməyəcək. Qonşu ölkələrdən üzr istəyirəm, – deyə Məsud Pezeşkian bildirib.

