İran hakimiyyəti ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Ali Laricaninin öldüyünü rəsmi şəkildə təsdiqləyib.
Bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, Laricani oğlu, müavini və bir qrup mühafizəçisi ilə birlikdə öldürülüb.
İran Prezidenti Məsud Pezeşkian isə bəyan edib ki, Milli Təhlükəsizlik Şurasının katibinin ölümü cavabsız qalmayacaq və sərt qisas alınacaq.

