İsrailin Baş naziri Binyamin Netanyahu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ali Laricaninin öldüyünü təsdiqləyib.
Bu barədə Haaretz nəşri məlumat yayıb.
Netanyahu bildirib ki, Laricaninin aradan götürülməsi İran İslam Respublikasında hakimiyyət dəyişikliyi üçün zəruri addım idi.
Onun sözlərinə görə, bu addım ölkədə siyasi dəyişikliklərin baş verməsinə şərait yaratmaq məqsədi daşıyıb.

